Tribunalar

Cümə axşamı – Bazar

Qran Pri qaliblərinin sevinci, şampan fəvvarələri və digər unudulmaz anlar bu sektordakı azarkeşlərin düz gözünün qarşısında baş verəcək. Mükafatlandırma mərasimini çox yaxından izləmək istəyirsinizsə, podiumla üzbəüz olan A sektorunu seçin.
Cümə axşamı – Bazar

Hər şey burada başlayır və burada bitir. B sektorunun əsas özəlliyi onun Start/Finiş xəttinin düz qarşısında yerləşməsidir. Sürətli start və alovlu sonluğun şahidi olmaq istəyirsinizsə, bu sektor əsl sizlikdir.
Cümə axşamı – Bazar

Start/Finiş xəttinin tam qarşısında yerləşən C sektorunun aşağı hissəsində əyləşmək start və finiş gərginliyinə hamıdan yaxın olmaq deməkdir. Yarışı başdan sona qədər izləmək üçün ən mükəmməl yerlər buradadır.
Cümə axşamı – Bazar

Burada nə günəş, nə də yağış yarışdan həzz almağınıza mane olmayacaq. C sektorunun üstüörtülü yuxarı hissəsindən 20 pilotun startını və bir pilotun qələbəsini izləyə biləcəksiniz.
Cümə axşamı – Bazar

Burada əyləşməklə siz yalnız Start/Finiş xəttini deyil, həm də sürətlə trekin birinci döngəsindən keçən bolidləri görəcəksiniz. Abşeron tribunasının payına düşən heç bir həyəcanverici hadisə bu sektorun gözündən qaçmayacaq.
Cümə axşamı – Bazar

Azneft tribunasına bilet almış Formula 1 həvəskarları 16-cı döngədə yavaşlayan bolidləri rahatlıqla izləyə biləcəklər.
Cümə axşamı – Bazar

Muğam tribunası Dənizkənarı parkda, Kukla Teatrının yaxınlığında, çox gözəl baxış bucağı olan nöqtədə yerləşir. 7-ci döngəyə tərəf, şəhərin tarixi hissəsinə dönənədək tam sürətlə hərəkət edəcəklər.
Cümə axşamı – Bazar

20-ci döngədə yerləşən Sahil tribunasında tamaşaçılar yolun iki müxtəlif hissəsini eyni anda izləyə biləcəklər.
Cümə axşamı – Bazar

İçərişəhər tribunasına bilet almaqla yarışı
unikal nöqtədən izləmək və qədim şəhərin
tarixi mənzərəsindən həzz almaq imkanı əldə edəcəksiniz.
Cümə axşamı – Bazar

Tribuna bir zamanlar dəniz dalğalarının çırpıldığı yerdə – Qız qalası ilə üzbəüz yerləşir.
Cümə axşamı – Bazar

Tribunanın qarşısında həm soldan sağa, həm də sağdan sola istiqamət zolaqları yerləşir və bolidlər hər iki istiqamətdə qarşınızdan keçəcək.
Cümə axşamı – Bazar

Bu tribunaya bilet almaqla bolidlərin saatda 300 km-dən artıq sürətli hərəkətini izləyə biləcəksiniz.
Cümə axşamı – Bazar

Tribuna ötən mövsümün ən maraqlılarından olan 15-ci və 16-cı döngələr arasındakı düz hissəyə paralel yerləşir.
Cümə

Yarışı izləmək üçün ayaqüstü zonalara biletlər əldə edə bilərsiniz. Bu biletlər bütün Formula 1 həvəskarları üçün əlçatan və sərfəlidir.
1 günlük bilet sahibləri ancaq həmin günün konsertində iştirak edə biləcəklər.
Şənbə

Yarışı izləmək üçün ayaqüstü zonalara biletlər əldə edə bilərsiniz. Bu biletlər bütün Formula 1 həvəskarları üçün əlçatan və sərfəlidir.
1 günlük bilet sahibləri ancaq həmin günün konsertində iştirak edə biləcəklər.
Bazar

Yarışı izləmək üçün ayaqüstü zonalara biletlər əldə edə bilərsiniz. Bu biletlər bütün Formula 1 həvəskarları üçün əlçatan və sərfəlidir.
1 günlük bilet sahibləri ancaq həmin günün konsertində iştirak edə biləcəklər.